Modern.az

Türkiyə səfirliyinin təhsil müşaviri: "Azərbaycanın diplomları Türkiyədə tanınır"

Türkiyə səfirliyinin təhsil müşaviri: "Azərbaycanın diplomları Türkiyədə tanınır"

25 Aprel 2011, 11:23

Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinə münasibət bildirən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu Modern.az-a açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan Təhsil nazirlikləri arasında protokollar, müqavilələr var.
“Bunlar üzərində müzakirlər aparılır. Həm Türkiyə tərəfi, həm də Azərbaycan tərəfi bu məsələdə son nöqtəyə gəlmək üçün çalışır. İxtisasların tanınması, Türkiyədən bura gələn tələbələrin və burdan Türkiyəyə gedən tələblər üçün ixtisaslarda problemlərin olmaması üçün çalışırıq.  Azərbaycan Boloniya sisteminə keçib, Türkiyə də uzun zamandır həmin sistemi tətbiq edir. Burada oxuyan bir tələbə ilə Türkiyədə oxuyan bir tələbə eyni ixtisaslar üzrə eyni vaxtda eyni dərsləri keçərsə, o zaman birlik olar. Bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasında işlər aparılır”

Azərbaycan ali məktəblərini bitirən tələbələrin diplomlarının Türiyədə tanınmasına gəlincə, H.Koyunçuoğlu bildirib ki, diplomlar artıq tanınır.
H.Koyunçuoğlu deyib ki, keçən il Azərbaycandan Türkiyənin ali məktəblərinə 500 yaxın tələbə daxil olub. Bunlardan 150 nəfər Türkiyə dövlətinin hesabına təhsil alır, o biriləri isə öz imkanları hesabına oxuyur.
“Amma Türkiyədə bir çox qurumlar onlara dəstək verir. Türkiyədən bura gələnlərdə də var. Azərbaycanın ali məktəblərində 4 min türk  tələbəsi təhsil alır. Eyni zamanda bir neçə özəl məktəblərdə, liseylərdə 2 min  yaxın türk şagird təhsil alır”.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?