Modern.az

Bakıda SOCAR-ın işçisi özünü 16-cı mərtəbədən atdı

Bakıda SOCAR-ın işçisi özünü 16-cı mərtəbədən atdı

12 May 2017, 09:55

Bakıda intihar hadisəsi baş verib.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Telnov küçəsi ev 2347/48, mənzil 918 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Elgün Xalid oğlu Əsədov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Polisdən həmçinin bildirilib ki, E. Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...