Modern.az

Nazirlik “Ölən müəllimin halı diqanostik qiymətləndirmədə deyil, dərsdə pisləşib”

Nazirlik “Ölən müəllimin halı diqanostik qiymətləndirmədə deyil, dərsdə pisləşib”

12 May 2017, 10:49

Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi  51 yaşlı Babayeva Gülxar Nadir qızının dünyasını dəyişməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

İlkin ehtimala görə Gülxar Babayeva müəllimlərin diaqnostik qiymətləndirməsi məqsədilə keçirilən imtahan zamanı dünyasını dəyişib. Digər məlumata görə isə xəstə insultdan vəfat edib.

Gülxar Babayevanın ölümü ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında deyilənlərin həqiqət olmadığını bildirib.

“Ötən gün bir neçə media orqanında Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib. Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. 

Müəllimin harda dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk.
Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstənaya yerləşdirilib və burada vəfat edib.
Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu”.

 

Namidə BİNGÖL


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...