Modern.az

Rövnəq Abdullayev təhlükəli yataqdan bütün işçiləri təxliyə etdirib

Rövnəq Abdullayev təhlükəli yataqdan bütün işçiləri təxliyə etdirib

Aktual

12 May 2017, 11:52

Mayın 11-də “28 May” NQÇİ-nin 7 saylı özülündə 319 nömrəli quyuda baş verən qaz təzahürünün qarşısı alınandan sonra, saat 16 radələrindən etibarən özülün yaxınlığında tədricən artan anormal su axını ilə qaz qabarcıqları müşahidə olunmağa başlayıb.

Hadisə yerində olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün ehtimallara qarşı özüldəki işçilərin tam təxliyyə olunmasına əmr verib. Həmçinin, qəza riskini minimuma endirmək üçün özüldə bütün qazma işləri dayandırılıb.

SOCAR-dan Modern.az-ın sorğusuna cavab olaraq işçilərin tam təxliyə olunduğu bildirilib. Hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qazma işləri hələlik bərpa olunmayıb. Mütəxəssislərdən ibarət olan operativ qrup qonşu özül və növbətçi gəmilərdən vəziyyətə nəzarət edir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...