“Bakı ətrafı qəsəbələrin avtomobil yollarının tikintisi və təmir olunması ilə bağlı proqram hələ təsdiq olunmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında “Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, yollarının bərpa və təmir olunması ilə bağlı proqramın bu həftə təsdiqlənməsi gözlənilir. “Bundan sonra biz mediaya bu barədə məlumat verəcəyik”.