Modern.az

Pxenyan Cənubi Koreyadan kəşfiyyat rəisinin ekstradisiyasını tələb edib

Pxenyan Cənubi Koreyadan kəşfiyyat rəisinin ekstradisiyasını tələb edib

12 May 2017, 13:36

Şimali Koreya Mərkəzi Prokurorluğu Cənubi Koreyadan bir sıra yüksək rütbəli şəxslərin, o cümlədən ölkənin kəşfiyyat xidməti rəisi Li Bön Xonun  ekstradisiyasını tələb edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Pxenyan onları Kim Çen In başda olmaqla, ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edib.

 

Bundan başqa, Mərkəzi Kəşfiyyat İdarəsinin bir sıra agentləri də axtarılanlar sırasındadır.

“Şimali Koreya rəhbərliyinə qarşı terror planlaşdıran heç bir insan bu planetdə sağ yaşamayacaq” –deyə rəsmi açıqlamada deyilir.

 

Vüqar İSMAYILOV  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...