Kəbəcər rayonundan olan məcburi köçkünlərin aprelin 1-də Birləşmiş Millətlər Təşkilatının Bakıdakı ofisinə göndərdikləri məktub aprelin 11-də Nyu-Yorka, BMT-nin baş ofisinə göndərilib.
BMT-nin Bakı ofisinin qəbul şöbəsinin əməkdaşı Ayşən Əhmədova məcburi köçünlərin məktubuna bir həftə ərzində cavab veriləcəyini desə də, bu günə qədər cavab yoxdur.
Modern.az sayıtına açıqlamasında A.Əhmədova “biz məktubu iki həftədir göndərmişik, hələ cavab verilməyib. Ona görə də bu haqda heç nə deyə bilmərəm” deyə bildirib.
Qeyd edək ki, məktub müəllifləri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtszi boşaltmaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının 18 il həyata keçirilməməsinin səbəbləri barədə izahat tələb edirlər.
Modern.az