ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau aprelin 24-də Azərbaycana gəlib. ABŞ rəsmisi bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı məsələlərini müzakirə edəcək. Azərbaycan rəsmiləri ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olacaq.
Bundan başqa, T. Kadanaunun vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşü də nəzərdə tutulur. Görüşdə hansı QHT-lərin iştira edəcəyi konkret məlum deyil.
Modern.az