Modern.az

Gəncənin icra başçısı gənclərə "Facebook" barədə məsləhət verdi...

Gəncənin icra başçısı gənclərə "Facebook" barədə məsləhət verdi...

25 Aprel 2011, 15:29


Gəncə şəhər İcra Hakimiyyətində fəal gənclərlə görüş keçirilib. Modern.az saytının məlumatına görə, görüşdə gəncləri narahat edən bir çox məsələlər ətraflı təhlil olunub. Bəzi problemlərin həlli istiqamətində müvafiq göstərişlər verilib.

Toplantıda əvvəlcə Gəncədə mövcud olan ali və orta ixtisas təhsil ocaqlarının gənclər təşkilatlarının sədrləri öz fəaliyyətləri barədə məlumat verib. Qeyd edilib ki, təqvimə uyğun olaraq hər bir tarixi gün ayrı-ayırlıqda təhsil ocaqlarında yüksək səviyyədə qeyd olunur. Bundan başqa, həm daxili həm də şəhər üzrə müxtəlif məzmunlu yarışlar təşkil olunur. Çıxışlarda bildirilib ki, şəhər üzrə 100 minə yaxın gənc var. Bu gənclərdən 13 mini Yeni Azərbaycan Partiyasının üzvüdür.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə qeyd edib ki, yaxın vaxtlarda gənclərə yaradılan imkanlar daha da yaxşılaşdırılacaq. Onların beynəlxalq təcrüblərinin artırılması üçün maksimum şərait yaradılacaq.
Toplantıda icra başçısı gənclərin təkliflərini dinləyib. Tədbirdə qaldırılan məsələlərin həlli bağlı şəhər Təhsil və Gənclər və İdman idarələrinin rəislərinə konkret tapşırıqlar verilib.
Sonda icra başçısı gəncləri informasiya texnologiyalarından, xüsusilə də sosial şəbəkələrdən səmərəli istifadə etməyə çağırıb.

Xaliq Qurbanov
Gəncə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?