Daxili İşlər naziri Murines Bakıya miqrasiya xidmətinin əməkdaşı adı altında kimləri gətirib?
Latviya daxili işlər naziri Linda Murniesin aprelin 18-də Azərbaycana səfəri ölkəsində qalmaqal yaradıb. Modern.az saytının məlumatına görə, LTV-1-də yayımlanan “De Fakto” verilişi bəyan edib ki, daxili işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıya apardığı nümayəndə heyətinin tərkibi gizli saxlanılıb. Belə ki, Bakıda naziri müşayət edən 4 nəfərin heç biri barədə rəsmi məlumat verilməyb. Telekanal bu şəxslərin adlarını müəyyən edə bilib. Bakıya nazirlə gələnlər ştatdankənar müşavir Xosam Abu Meri, dövlət katibinin müavini İnquna Ayre, nazirliyin Avropa işləri və ictmai əlaqələr departamentini direktoru Tiya Rinmane və ictimai əlaqələr şöbəsinin referenti Skaydrite Qarbare olub.
Nazirlik jurnalistlərin “nümayəndə heyətinin vəzifələri nədən ibarət olub” sualını cavablandırmaqdan imtina edib. Məsələni maraqlı edən tərəf isə başqadır. Belə ki, latviyalı nazirin Azərbyacana səfərinin proqramında miqasiya və yanğn təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətləri barədə müzakirələr qeyd olunsa da, nümayəndə heyətinə bu sahə ilə bağlı heç kim daxil edilməyib.
“Rəsmi açıqlamada Azərbaycana edilən səfər miqrasiya xidmətləri, yanğın təhlükəsizliyi və digər qeyd olunan sahələr arasında əməkdaşlıqla bağlı müzakirələrin aparılacağı deyilsə də, nümayəndə heyətinin tərkibinə Latviyanın həmin sahələrdən olan heç bir nümayəndəsi daxil edilməyb. Bunun səbəbi də açıqlanmayıb”-deyə LTV1 bildirib.
Nümayəndə heyəti Bakıdan qayıdan zaman nazir Riqa hava limanında sərhəd yoxlamasının sürətli aparılmasını tələb edib. Bunun vacibliyini də nazirlik əsaslandıra bilməyib. Bu isə nümayəndə heyətinin hava limanı ərazisindən yalnız xüsusi şəxslərin bildiyi yollarla çıxarılması deməkdir. Telekanal bildirib ki, Bakıda mehmanxana xərclərini Azərbaycan tərəfi ödəyib.
Qeyd edək ki, latviyalı nazir bu ilin aprelin 18-19-da Azərbyacanda rəsmi səfərdə olub.
Modern.az