Modern.az

Paracüdoçumuz İlham Zəkiyev mübarizəyə qələbə ilə başladı

Paracüdoçumuz İlham Zəkiyev mübarizəyə qələbə ilə başladı

Aktual

14 May 2017, 13:32

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mübarizəyə başlayıb.

 

Modern.az-ın Trend-ə məlumatına görə, ilk tatamidə İ.Zəkiyevin rəqibi İran təmsilçisi Mousanezhadkarmozidi Ehsan olub. İ.Zəkiyev rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...