Modern.az

Paracüdoçumuz Ramil Qasımov ipponla finala çıxdı

Paracüdoçumuz Ramil Qasımov ipponla finala çıxdı

Aktual

14 May 2017, 14:06

Azərbaycan paracüdoçusu Ramil Qasımov (73 kq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda mübarizəyə qoşulub.

 

Modern.az-ın Trend-in məlumatına görə, R.Qasımov tatamidə Türkiyə təmsilçisi Aydın Sərdar ilə qarşılaşıb.

 

Paracüdoçumuz rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...