Modern.az

Qaradağda mənzildə 81 yaşlı qadının cəsədi tapılıb

Qaradağda mənzildə 81 yaşlı qadının cəsədi tapılıb

Aktual

14 May 2017, 15:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1936-cı il təvəllüdlü Qruliyeva Mina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 13:33-də başa çatıb. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...