Modern.az

Müsəlman qadın ilk dəfə cümə namazında imamlıq etdi - FOTO

Müsəlman qadın ilk dəfə cümə namazında imamlıq etdi - FOTO

Aktual

14 May 2017, 15:45

Hollandiyada müsəlman qadın ilk dəfə cümə namazı zamanı imamlıq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı müsəlman qadın Amina Vadud Amsterdamdakı “Paradiso” konsert salonunda namaz qılanlara imamlıq edib.

 

O, Hollandiyadakı müsəlmanlara aid 3 böyük yerdə Diyanət, Müsəlman Məsələhət Qurumu və Faz Məscidlər Şurasında imamlıq etmək istəsə də, buna icazə verilməyib. Xanım ona görə də konsert salonunda namaz qıldırıb.

 

Hollandiyada fəaliyyət göstərən müsəlman təşkilatları qadının imamlığı ilə cümə namazı qılınmasının düzgün olmadığını bildirib.

 

Amsterdam Universitetinin İslam araşdırmaları üzrə professoru Məhəmməd Ajou deyib ki, qadınlar zərif və cazibədar olduğu üçün imam-camaat olmaları bəyənilmir: “Bu səbəbdən də qadınlar kişilərlə birlikdə namaz qılmır. Ümumiyyətlə, qadınların namaz qılmaq üçün məscidə getmələri belə, məcburi deyil”.

 

Hollandiyalı ilahiyyatçı Anna Dijkin fikrincə, Amina Vadudun cümə namazında imamlıq etməsi böyük bir hadisədir:

“Qapalı yerlərdə qadənların imamlıq etməsinə rast gəlinir. Amma onlar ictimaiyyətdən alacaqları reaksiyadan dolayı xalqa açıq yerlərdə imamlıq etməkdən çəkinirlər”.

 

Qeyd edək ki, Vadud ilk dəfə 2005-ci ildəNyu-Yorkda cümə namazı qıldırması ilə gündəmə gəlib. Feminist qadın bunu daha sonra 2008-ci ildə Londonda təkrar edib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...