Modern.az

Vasim Məmmədəliyev: “Sadə əməyimi yüksək qiymətləndirdilər”

Vasim Məmmədəliyev: “Sadə əməyimi yüksək qiymətləndirdilər”

Aktual

15 May 2017, 10:48

Mayın 10-da Azərbaycanın mərhum prezidenti, görkəmli dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Mərasimdə Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib.

O, Heydər Əliyev Fondunun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə mükafatlandırılıb.

Vasim Məmmədəliyev Modern.az saytı ilə öz  təəssüratlarını bölüşüb. O, əməyinin yüksək qiymətləndirilməsini sevinclə qarşıladığını vurğulayıb:

“Bildiyiniz kimi tədbirdə xalq şairi Nəriman Həsənzadə Heydər Əliyev mükafatı ilə təltif olundu. Öncə qeyd etməliyəm ki, onun kimi böyük şair bu mükafata layiqdir.

Eyni zamanda  mənə də dəyər verib beynəlxalq mükafata layiq gördükləri üçün  minnətdaram.  Cənab prezident İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva mənim sadə əməyimi yüksək qiymətləndiriblər. Onların hamısına təşəkkür edirəm və hər kəsdən çox razıyam. Xahişim budur ki, mənim bu sevincimi hər kəsə çatdırasınız”.

Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...