Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Modern.az nazirliyə istinadən xəbər verir ki, bu gün səhər saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər “Changan”markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:00-da başa çatıb.
Modern.az