Dünyanın bir çox ölkəsində siyasi partiyalar öz aralarında əməkdaşlıq edir. Azərbaycanda isə partiyaların əməkdaşlığı çox aşağı səviyyədədir. Bəs görəsən bunun səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, demokratiya dəyərli bir prinsipdir.
“Azərbaycan mühitində cəmiyyət nə qədər demokratikləşmədən uzaqlaşıb. Müxalif partiyalarda bir o qədər demokratik keyfiyyətdən uzaqlaşıb.
Ona görə də partiyaların əməkdaşlıq meylləri zəifləyib. Partiyaların əməkdaşlıqlarının inkişaf etməsi üçün ilk öncə cəmiyyət şərait yaratmalıdır. Cəmiyyət şərait yaratmasa da partiya liderləri özləri demokratik düşüncəyə yiyələnməlidir”-deyə S. Cəlaloğlu bildirib.
ADP rəhbəri qeyd edib ki, Azərbaycanın müxalifət liderləri bir o qədər demokratiyaya meyllənmirlər.
Özünün demokratiyaya meylləndiyini deyən Sərdar Cəlaloğlu bildirib ki, partiyası digər siyasi partiyalarla əməkdaşlığı davam etdirir.
“Biz mümkün olduğu qədər digər siyasi partiyalarla əməkdaşlığı davam etdiririk. Biz hər həftə 7-8 partiya görüşüb müzakirələr edirik”.
Qafar Ağayev