Modern.az

Merkeldən Türkiyəyə XƏBƏRDARLIQ: “Alman hərbçiləri İncirlik bazasını tərk edə bilər”

Merkeldən Türkiyəyə XƏBƏRDARLIQ: “Alman hərbçiləri İncirlik bazasını tərk edə bilər”

15 May 2017, 16:34

Almaniyalı hərbçilər Türkçiyənin İncirlik hərbi bazasını tərk edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə knasler Angela Merkel bəyan edib. Kansler bunun səbəbi kimi Bundestaq deputatlarının bazaya buraxılmamasını səbəb göstərib.

 

“Biz Türkiyə ilə danışıqlar aparırıq amma parallel olaraq, alternative yerləşmə planlarını da gözdən keçiririk. Varinatlardan biri İordaniya ola bilər”.

 

Bundan öncə, Almaniya parlamenti də İncirlikdə qulluq keçən Bundesver hərbçilərinin bazanı tərk etməli olduqlarını demişdi.

 

Türkiyə dövlət çevrilişində iştirak etmiş bir qrup hərbçinin Almaniyada sığınacaq alması faktına görə Bundestaq deputatlarını ölkəyə buraxmaqdan imtina etmişdi.

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...