Modern.az

Səfir yazdı: “Soyqırım dükanı nə zaman bağlanacaq?”

Səfir yazdı: “Soyqırım dükanı nə zaman bağlanacaq?”

25 Aprel 2011, 18:41

Faiq Bağırov
Azərbaycanını Ankaradakı fövqəladə və səlahiyətli səfiri

Məlum olduğu kimi Ermənistan Beynəlxalq Hüquq normalarını tapdalayaraq və Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərini pozaraq Azərbaycan torpağının 20 faizini işğal edib. Bunun səbəbini isə Ermənistan belə açıqlayır:
“Dağlıq Qarabağda əhalinin çoxunu ermənilər təşkil edir. Dolayısıyla bu bölgədə xalq öz müqəddəratını təyin etmək hüququna malikdir və Azərbaycandan ayrılmaq istəmir”.
İlk öncə bunu aydınlaşdırmaq istəyirəm ki, heç bir dövlət Azərbaycan vətəndaşı olan azlıqların (Azərbaycan erməniləri) adına danışmağa səlahiyyətli deyil və Aəzrbaycan Respublikasının vətəndaşlarını istiqamətləndirə bilməz. Bu, Ermənistana da aiddir.

İkincisi, dünyada homogen cəmiyyətli heç bir dövlətin olmadığını düşünsək və Ermənistanın qeyd etdiyi şəkildə hər bir ölkədəki azlıqlar öz müqəddəratlarını təyin etməyə çalışsalar, bu BMT nizamnaməsi üçün son deməkdir. Yəni Beynəlxalq Hüquqda “öz müqəddəratını təyin etmək haqqı” heç bir zaman əmredici normalara zidd şəkildə şərh edilə bilməz. Bir qədər də dəqiqləşdirək, haqqında bəhs edilən “haqq” BMT nizamnaməsində əsas prinsiplərindən biri olan dövlətlərin torpaq bütünlüyü prinsipinə xələl gətirməməlidir.

Üçüncüsü, səhih tarixi qaynaqlar araşdırıldıqda, 1990-cu illərə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə erməni əhalisinin zamanla necə köçürüldüyü məlum olur. Hətta 1990-cı ildən bu günə qədər Ermənistan dövlətinin planlı şəkildə erməni əhalisinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsini təmin etməsi həqiqətini hər kəs bilir. Burda önəmli tərəflərdən biri də budur ki, Dağlıq Qarabağ bölgəsinə bu gün köçürülən ermənilərin əksəriyyəti keçmişi ləkəli insanlardır. Bu gün Azərbaycanın işğal edilmiş ərazilərində narkotik istehsalı daxil olmaqla beynəlxalq miqyasda qeyri-qanuni fəaliyyətlərin artması bunun nəticəsidir.

Ermənistanın Müstəqillik Bəyannaməsindən danışaq. Bu bəyənnamədə ermənilər 1915-ci il hadisələrinin dünyaya soyqırımı kimi tanıtmalarını “milli vəzifə” hesab edirlər. Eyni zamanda bəyannamə Türkiyənin şərq bölgələrinin Qərbi Ermənistan olaraq tanıdılması Ermənistanın bu bölgənin sabitliyi üçün təhlükəli olduğunu bir daha göstərir.

Ermənistanın qonşu dövlətlərdən torpaq, Türkiyədən isə həm torpaq, həm də “soyqırımı” tələbi, yəni Ermənistanın bu təkidi, bütün bölgənin müqəddəratına mənfi təsir göstərəcək. Ermənistan bu təkidlərindən bu günə qədər heç bir fayda görməyib və görməyəcək də.  Belə ki, onlar bu istəkləri nəticəsində siyasi arenada həyata keçirilən böyük miqyaslı layihələrdən kənarda qalaraq iqtisadi tənəzzülə yaxınlaşıblar. 1991-ci ildə 3 milyon 600 min əhalisi olan Ermənistandan iqtisadi çətinliklərə görə xaricə miqrasiya edənlərin sayı çox olub və nəticədə bu gün orda 2 milyon 100 min insan qalıb. Təbii ki, bu çətinliklər Ermənistan dövlətinin müstəqil xarici siyasətinin olmamasının əsas səbəblərindən birinə çevrilib. Şübhəsiz bu vəziyyət regionda iqtisadi canlanmanın, regional əməkdaşlığın sürətli inkişafının və region xaricindəki ölkələr də daxil olmaqla böyük miqyaslı layihələrin həyata keçirilməsinin qarşısında ən böyük əngəldir. Bu əhəmiyyətli cəhət hamı tərəfindən yaxşı bilinməlidir ki, Türkiyə-Azərbaycan-Gürcüstanın regional əməkdaşlıq səyləri ilə bölgəyə gətirdiyi sabitliyi Ermənistanın separatçı fəaliyyəti gecikdirir. Bütün bunlar nəzərə alındığında məlum olur ki, hazırkı vəziyyət bölgə ölkələri və hətta Ermənistan xalqı üçün üstünlük təşkil etmir. Bəs bu vəziyyət kimin üçün əlverişlidir? Mövcud vəziyyətinin davam etməsindən kim və ya kimlər faydalanırlar?

“Erməni soyqırımı” məsələsinə gəlincə, demək istəyirəm ki, bir düşüncə, inam və ya həqiqətin siyasiləşdirilməsi ən çox həmin insanın özünə ziyandır. Bunun belə olduğunu ən yaxşı “soyqırımı” tezisini müdaifə edənlər və ya həmin tezisi daxili siyasətlərində, həm də beynəlxalq əlaqələrində faydalanacağı faktor olaraq istifadə edənlər bilirlər. Lakin “soyqırımı” tezisini müdafiə edən Ermənistan və erməni diaporu nəyə görə hələ də bu mövzunun müxtəlif ölkələrin parlamentlərində siyasi vəsait halına gətirilməsinə icazə verirlər və hətta bunu çox istəyirlər? Niyə hələ də “soyqırımı” mövzusunu işin bilicilərinin, yəni tarixçilərin araşdırmasına önəm vermirlər və həqiqətlərin məlum olması üçün arxivlərin açılmasını istəmirlər?
Demək olar ki, həqiqətlər üzə çıxdığı zaman “soyqırımı mövzusu” bitmiş olacaq. Hər il “soyqırımı mövzusu”nun yiyələri sözdə “erməni soyqırımı”nın ildönümünü Türkiyədən siyasi və ya maddi bir şeylər qopartmaq ümidi və sevinci ilə edirlər və bununla artıq “soyqırımı” ifadəsinin festivallaşdığını deyə bilərik.

Ermənistanın təkidini anlamaq çətindir

Olmayan ”erməni soyqırımı”nın hər il gündəmə gətirərək festivallaşdırılması bunu gündəmə gətirənlər tərəfindən yaxşı bilinməkdədir. Gerçək olan və hətta yaxın tarixdə müasir dünyanın gözləri qarşısında reallaşdırılan Xocalı soyqırımından isə bəhs edilməməsi Şərq ölkələrinin yanında “Qərbin ikiüzlüyü” tezisinin güclənməsinə səbəb olur.

Erməni diasporuna gəlincə, dünyada diaspor və lobbilərin fəlaiyyətlərinə baxdığımız zaman həmin qurumların öz ana vətənləri üçün çalışdıqlarının şahidi oluruq. Lakin erməni diasporuna baxğımızda vəziyyətin tam tərsinə olduğunu görürük. Yəni dispor Ermənistan üçün deyil, Ermənistan diaspor üçün xidmət etmək məcburiyyətində qalıb. Bununla Ermənistan müstəqil siyasət yürütmək fəaliyyətindən məhrum buraxılıb. Əslində bu iki “təkid” (torpaq və “soyqırımı”) erməni cəmiyyətinin çiyinlərinə qoyulan ağır yükdür. Ermənistan cəmiyyəti tez bir zamanda iqtisadi çətinliklərdən qurtulmaq istəyir. Çünki bu iki istəyin ona fayda verməməsinə baxmayaraq bunun üçün qurban verir. Sadəcə onlar deyil, bütün region bu iki “təkid”in əvəzini ödəyir.

Qloballaşan dünyada iqtisadi layihələrlə əməkdaşlığı artıraraq, bölgənin sabitliyi və rifahı üçün çalışmaq dayanarkən, əsassız və kimsəyə bir faydası toxunmayacaq xülyalarla yaşayaraq özünüzü batırmaq və bölgə ölkələrinin də inkişaf sürətini yavaşlatmaq heç ağıl deyil.

Ermənistana biri belə bir təkliflə çıxış etməlidir: “Qloballaşan dünyada iqtisadi layihələrlə əməkdaşlığı artıraraq, bölgənin sabitliyi və rifahı üçün çalışmaq dayanırkən, əsassız və heç kimə faydası olayan xülyalarla yaşayaraq həm özünü məhv etmək, həm də bütün regionun inkişafını zəiflətmək heç də ağıllı deyil”.

Son olaraq bu fikri dəqiqləşdirək: insanı insan edən dəyərlərin şüurunda olmaq Beynəlxalq Ədalətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Mövcud vəziyyətdən qaynaqlanan bütün haqsızlıqlar məlumkən, səhvləri görüb və o səhvlərdən geri addım atmaq üçün heç vaxt gec deyildir. Bölgədə və dünyada qeyri-sabitlik mənbəyi olanlara insan olduqlarını xatırlatmaq lazımdır.

P.S. Yazı Türkiyənin “Star” qəzetində dərc edilib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?