Modern.az

Komandamız yarışlarda daha 4 medal qazandı

Komandamız yarışlarda daha 4 medal qazandı

Aktual

15 May 2017, 18:18

Azərbaycan yığması İslam Həmrəyliyi Otyunlarında daha 4 medal qazanıb.

Azərbaycan atıcısı Nurlana Cəfərova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının dairəvi stend yarışında gümüş medal qazanıb.

 

İdmançımız finalda 42 xal toplayıb.

45 xallı Türkiyə təmsilçisi Nurbanu Özpak birinci, digər türkiyəli İzel Aydın isə 35 xalla üçüncü yeri tutub.

 

Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.

O 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub.

Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb.

 

Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb.

Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...