Modern.az

Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəlib

Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəlib

Aktual

15 May 2017, 18:50

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.

 

Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, o, qətərli Tulasimaraam Tarumalinqamla gücünü yoxlayıb. Görüş boksçumuzun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.

T.Abdullayevədək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...