Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin may ayının 5-də Gəncə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, R.Usubov bu dəfə Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Qazax sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayacaq.
Modern.az