Modern.az

QHT sektoru ilə bağlı yeni qanunlar hazırlanır...

QHT sektoru ilə bağlı yeni qanunlar hazırlanır...

25 Aprel 2011, 19:33


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında bir sıra qanun layihələrini hazırlayan işçi qrup rəhbərlərinin birgə toplantısı keçirilib. İclası Şura sədri Azay Quliyev açaraq, ictimai sektorun fəaliyyətinə aid yeni qanun layihələrinin hazırlanması üçün qarşıda duran vəzifələrdən danışıb.

A.Quliyev bildirib ki, hazırlanması ayrı-ayrı işçi qruplara tapşırılmış qanun layihələri -  “Sosial sifariş haqqında” (Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri), “Peşə cəmiyyətləri haqqında” (Adil Vəliyev, Milli Məclisin əmək qanunvericiliyi sektorunun müdiri), “Korporativ sosial məsuliyyət haqqında” (İsrail İsgəndərov, “Ümid” Humanitar-Sosial Dayaq Mərkəzinin icraçı direktoru), “İctimai iştirakçılıq haqqında” (Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmaları Fondunun prezidenti) ölkədə ictimai sektorun fəaliyyətinin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

A.Quliyev qanun layihələrinin beynəlxalq standartlara və Avropa təcrübəsinə uyğun hazırlanmasının, eləcə də Azərbaycan reallıqlarını əhatə etməsinin vacibliyini vurğulayıb və bu yöndə görülən işlərin müzakirəsi üçün qrup rəhbərlərinin mütəmadi toplaşmasının zəruriliyini qeyd edib.

İclasda qrup rəhbərləri ayrı-ayrı qanun layihələrinin strukturu və əsas müddəaları üzrə öz fikir və mülahizələrini bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?