Aprelin 25-də Bakıya səfəri çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Mammadyarov, Azərbaycan hökumətin digər yüksək rütbəli rəsmiləri və vətəndaş cəmiyyəti liderləri ilə görüşüb. Bu barədə Modern.az saytına ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Görüş zamanı dövlət katibinin köməkçisinin müavini xanım Kaydanau regional məsələlər və ABŞ - Azərbaycan ikitərəfli münasibətləri ilə bağlı fikirlərini bölüşüb və təhlükəsizlik, enerji və demokratik islahatlar sahələrində ikitərəfli əməkdaşlığın əsasında duran strateji və ortaq maraqları vurğulayıb.
Modern.az