Futbolçuların Həmkarlar İttifaqı Fransada ilin ən yaxşı gənc oyunçusunu seçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Monakonun hücumçusu Kilyan Mbappe həmyaşıdları arasında fərqlənməyi bacarıb və bu ada layiq görülüb.
18 yaşlı futbolçu Fransa liqası ilə yanaşı, Çempionlar liqasında da iddialı çıxışı ilə diqqətləri üzərində cəmləyib. Belə ki, istedadlı forvard Real Madrid başda olmaqla, PSJ və Mançestr Siti kimi nəhəng klubların transfer gündəmindədir.
Lakin bu transferin baş tutması heç də asan görünmür. Çünki Monako klubunun rəhbərliyi oyunçunun sərbəst qalma qiymətini 150 milyon avro təyin edib.
Onu da qeyd edək ki, sürəti və texnikası ilə “Yeni Anri“ adlandırılan fransız oyunçu, sadəcə 1 ildir Monakonun A klubunda çıxış edir.
Məcid Əmirov