Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında xidmətin müasir standartlara cavab verməsi üçün daha bir yeniliyə imza atılıb.
Modern.az xəbər verir ki, yeni İVR (İnteraktiv səs cavablandırılması) sisteminin mövcud mini-ATS-lə inteqrasiyası nəticəsində vətəndaşlar bundan sonra bütün mobil operatorlardan və stasionar telefonlardan 1844 qısa yığım kodu vasitəsilə Hospitalla daha asanlıqla əlaqə yarada, onları maraqlandıran suallar barədə ətraflı məlumat ala bilərlər.
Modern.az