Modern.az

Deputat Beynəlxalq Bankla bağlı məsələ qaldırdı: “Rəsmilər vəziyyətə aydınlıq gətirməlidir

Deputat Beynəlxalq Bankla bağlı məsələ qaldırdı: “Rəsmilər vəziyyətə aydınlıq gətirməlidir”

Aktual

16 May 2017, 12:51

“Son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə mətbuatda çoxlu məlumatlar yer alır. Bu,  bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”.


Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında vəziyyətə aydınlıq gətirməlidir.



Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Nyu-Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Azərbaycan Beynəlxalq Bankı bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb. Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu-York məhkəməsinə müraciət etməsi suallar yaradıb, bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı çoxsaylı müzakirələr sırasındadır. Müraciəti əsasən, ölkə iqtisadiyyatının ağır durumu ilə əlaqələndirənlər çoxluq təşkil edirlər.


Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım