Bu günkü telefon danışığında hər iki siyasi lider Liviya barədə ortaq rəyini açıqlayıblar
ABŞ prezidenti Barak Obama Türkiyəin baş naziri Rəcəb Teyyb Ərdoğanla telefon söhbətində Yaxın Şərq proseslərini müzakirə edib. Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı hər iki prezident bölgədə baş verən hadisələr barədə fikir mübadiləsi aparıb. Obama Türkiyənin Liviyaya humanitar yardımını yüksək qiymətləndirib.
ABŞ prezidenti və Ərdoğanın ümumi rəyi belə olub ki, Liviyada zoraklılıq dayandırılmalı və Qəddafi postundan getməlidir. Obama və Ərdoğan həmçinin Suriyada baş verənləri də müzakirə ediblər. Hər iki siyasi lider Suriyada zorakılığın dayandırılmasını və ölkədə Bəşər Əsəd tərəfindən vəd edilmiş islahatların başlanmasını vacib sayıb.
Modern.az