Modern.az

“Açıq Dünya” Proqramı Amerikaya səfər təşkil edir

“Açıq Dünya” Proqramı Amerikaya səfər təşkil edir

26 Aprel 2011, 13:20


“May ayının10-dan 14-kimi Azərbaycandan 40 nəfərdən ibarət 8 qrup “Açıq Dünya” Proqramı ilə Amerikaya göndəriləcək”.

Bu barədə Modern.az saytına açıqlamasında Beynəlxalq Təhsil üzrə Amerika Şurası, “Açıq Dünya” Proqramının ölkə üzrə koordinatoru Nailə Nəbiyeva bildirib. Onun sözlərinə görə, “Açıq Dünya” proqramının məqsədi yeni nəsil liderləri amerikalı həmkarları ilə görüşdürmək və onlar üçün vacib olan mövzular üzrə ideya və təcrübə mübadiləsini təşkil edərək, ABŞ və iştirakçı dövlətlərin arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

“Bütün  iştirakçılar  fəal  olaraq  təcrübə  mübadiləsi  həyata keçirir və amerikalı tərəfdaşlarının  işini  müşahidə  edirlər.  Peşəkar  proqramlar  hər  bir  nümayəndə  heyəti üçün spesifik olaraq tərtib edilir və  bu  zaman  iştirakçıların  maraqları  və  üstünlük  verdiyi  məsələlərə  geniş  yer  verilir” deyən N.Nəbieva iştirakçıların  adətən  amerikan  ailələrində  qaldıqlarını qeyd edib.

Onun sözlərinə görə, bu praktika nümayəndə heyəti üzvlərinin amerikan ailələri və icmalarının həyat tərzi ilə yaxından tanış olmalarına şərait yaradır. Eyni zamanda, Amerikadakı  ailələr də azərbaycanlı qonaqları vasitəsi ilə Azərbaycan barədə öyrənmək imkanı əldə edirlər. Ümumiyyətlə, “Açıq  Dünya”  Proqramının Azərbaycanda 141 məzunu var”.

Proqramın ölkə üzrə koordinatoru “Açıq Dünya” proqramında bütün təbəqələrdə çalışan dövlət məmurları, təhsil işçiləri, iş adamları və ictimai xadimlərin iştirakının nəzərdə tutulduğunu söyləyib.

“Proqram çərçivəsində təxminən 40 nəfərdən ibarət 8 qrupun iştirak edəcəyi gözlənilir. İştirakçılar may ayının 4-dən 14-ə kimi orda olacaqlar. Nümayəndə heyəti hüquqşünaslar, jurnalistlər, dini icmaların nümayəndələri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, bələdiyyə üzvləri, elmi işçilərdən ibarət olacaq. 2011-ci ilin may ayında “May 2011-cu il” üçün nəzərdə tutulan mövzular isə bunlardır: İdarəetmədə Hesabatlılıq: Yerli Hakimiyyət;        Qanunun Aliliyi: Məişət Zorakılığı; Sosial Problemlər: Dini Tolerantlıq”.

Daha sonra Nailə Nəbiyeva hər bir mövzu haqqənda ətraflı məlumat verib.

Qanunun Aliliyi: Məişət Zorakılığı proqramının gündəliyinə nəzər salsaq görərik ki, proqram bugün Azərbaycan üçün çox aktual məsələlərə işıq salacaq. Məsələn, qruplardan birinin gündəliyinə Mayami Deyd İnsan Xidmətləri - Qurbanlara Yardım Mərkəzinə səfəri təşkil ediləcəkdir.  Mərkəzin İcra Direktoru Ivon Mesa nümayəndələri qarşılayıb, onlara yerli zorakılıq və seksual təcavüz qurbanlarına göstərilən xidmət barədə məlumat verəcək.

Bu Mərkəzdə yerli zorakılıq və seksual təcavüz qurbanlarına növbəti xidmətlər göstərilir:

* təhlükəsizlik üçün məsləhət verilir;
* vəkillə söhbət, ehtiyacların və xidmətin dəyərləndirilməsi;
* polislə söhbət;
* lazım gəldikdə, müdafiə haqda məhkəmə qərarı və baş vəkilin nümayəndəsi ilə görüş.
Nümayəndələr İnsan Xidmətləri Departamentinin bəzi şöbələrinin fəaliyyəti haqqında məlumatlandırılacaqlar. Zorakılıq qurbanlarına çevrilmiş insanlara və onların uşaqlarına vəkillik, polis xidməti, vəziyyətin dəyərləndirilməsi, təhlükəsizlik, nəqliyyat, yemək, geyim, ingilis, ispan və kreol dilində ilk yardım cavabı ilə xidmət göstərən şöbələrin işi ilə tanışlıq və eləcə də “Dial-A-Life” proqramı haqqında məlumat veriləcək.

İdarəetmədə Hesabatlılıq: Yerli Hakimiyyət proqramı çərcivəsində isə təşkil olunan səfərlərdən biri Sandtown-Winchester Habitat for Humanity adlanan yerə olacaq. Bu, yararsız vəziyyətə düşmüş və baxımsız qalmış yüzlərlə evlərin könüllülər və Məskən Proqramı üzrə potensial sahibləri tərəfindən   təmir edilərək, sakinlərin ev əldə etmələrinə kömək etməklə stabil hala gətirilmiş məhəllədir. Bundan əlavə, təbiət elmi, mühəndislik və riyaziyyat, texnologiya sahələrindəki təhsil programları ilə diqqət çəkən Chesapeake Orta Məktəbinə  səfər ediləcək.

Sosial Problemlər: Dini Tolerantlıq proqramı ilə səyahət edəcək qruplardan birini qəbul edən qeyri-hökümət təşkilatının - Dallas Beynəlxalq İşlər Şurası Fort Uors - missiyası çoxaspektli proqramları vasitəsilə beynəlxalq məlumatlılıq, anlayış və əlaqələri inkişaf etdirməkdir.  Şura regionun qlobal vəziyyətini yaxşılaşdırmaq və Şimali Texaslıları mürəkkəb dünyamızda rifah içində yaşamağa hazırlamaq istiqamətində işləyir. Səfər müddətində Texas Müsəlman Qadınları Fondu ilə görüşün də baş tutması nəzərdə tutulur. Azərbaycan nümayəndə heyətinin Cənubi Metodist Universitetində “Azərbaycan dini tolerantlıq və dini demokratiya nümunəsi kimi” mövzusunda prezentasiyanın verməsi planlaşdırılır”.

Qeyd edək ki, “Açıq Dünya” Proqramı ABŞ-ın qanunvericilik hakimiyyətinin yeganə mübadilə proqramıdır və onun illik maliyyəsi Konqres tərəfindən təmin olunur. “Açıq Dünya” Proqramı Konqres kitabxanasında yerləşən və ABŞ qanunvericilik hakimiyyətinin agentliyi olan “Açıq Dünya” Liderlik Mərkəzi (ADLM) tərəfindən idarə olunur. Beynəlxalq Təhsil üzrə Amerika Şurası qeyri-hökümət təşkilatı olaraq, “Açıq Dünya” Proqramının inzibati idarəçilik və maddi-texniki təchizat xidmətlərini müqavilə əsasında həyata keçirir.

Aytən ƏLIYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal