Modern.az

İlham Əliyev Norveç Kralını təbrik edib

İlham Əliyev Norveç Kralını təbrik edib

Aktual

16 May 2017, 18:42

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu göndərib.

 

Məktubda deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və rifah arzulayıram".

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım