Modern.az

Bakı-Tiflis-Qars dəmiryoluna xərclənən pulun monitorinqinə başlanılıb

Bakı-Tiflis-Qars dəmiryoluna xərclənən pulun monitorinqinə başlanılıb

26 Aprel 2011, 13:47

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)  ABŞ-ın Şəffaflıq Üzrə Tərəfdaşlıq (PTF) Fondunun dəstəyi ilə Dövlət Neft Fondunun vəsaitli hesabına maliyyələşdirilən Baki-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsi üzrə maliyyə xərclərinin monitorinqinə başlayıb. İSİM-dən verilən məlumata görə, icrası 14 ay davam edəcək layihənin məqsədi neft pullarının Azərbaycan iqtisadiyyatına təsirlərini artırmaq, ondan daha səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirməkdir. Məlum olur ki, göstərilən müddətdə Baki-Tiflis-Qars dəmiryolu layihəsinin monitorinqinin aparılması məqsədilə monitorinq qrupu yaradılacaq. Qrupun əməkdaşları layihənin icra edildiyi ərazilərə, həmçinin  Gürcüstan və Türkiyəyə səfərlər edəcəklər.  Monitorinq qrupunun apardığı tədqiqat əsasında hesabat hazırlanacaq. Nəzərə çatdıraq ki, Dövlət Neft Fondu 2007-ci ildən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə  vəsait ayırır. BTQ planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Dəmiryolunun 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına, layihənin Gürcüstan ərazisinə düşən   hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyası Azərbaycan Respublikası tərəfindən illik dərəcəsi 1% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə ayrılmış 200 milyon ABŞ dolları həcmində kredit hesabına maliyyələşdirilir.

Bildirək ki, İSİM-in monitorinqinin məqsədi neft vəsaitlərinin xərclənməsində səmərəliliyin, şəffaflığın artırılması, vəsaitlərin xərclənməsindəki mövcud problemləri aşkar etmək, həmin problemlərin aradan qaldırılması yönündə təkliflər paketi hazırlamaqdır.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?