Modern.az

Paraatletika yarışlarında daha bir qızıl medal

Paraatletika yarışlarında daha bir qızıl medal

Aktual

16 May 2017, 20:26

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında qadınlar arasında 100 metr məsafəyə qaçışda atletimiz Yelena Çebanu qələbə qazanıb. Modern.az xəbər verir ki,  bütün rəqiblərini qabaqlayan Y.Çebanu paraatletika yarışlarında Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Bu yarışda gümüş medalı İndoneziya idmançısı Endanq Sitorus, bürünc mükafatı isə mərakeşli Məryəm Ən-Nuri qazanıblar.

 

Digər atletimiz İradə Əliyeva yarışı dördüncü pillədə başa vurub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım