Modern.az

TQDK kimlərin ali məktəblərə imtahansız qəbul olunacağını açıqladı

TQDK kimlərin ali məktəblərə imtahansız qəbul olunacağını açıqladı

26 Aprel 2011, 14:39

Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri bu il müsabiqədənkənar müvafiq ixitisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunacaqlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (Müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bununla bağlı, həmin kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri 27 aprel -31 may 2011-ci il tarixlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər:

1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti;

2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?