“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün idmançılarımız daha 13 medal qazanıb. Modern.az xəbər verir ki, medallardan 8-i qızıl, 1-i gümüş və 4-ü bürünc olub.
Bununla da indiyədək əldə olunan nəticələrə görə, Türkiyə 43 qızıl, 40 gümüş və 32 bürünc medalla birinci pillədə qərarlaşıb. İkinci yerdə olan Azərbaycanın aktivində 41 qızıl, 24 gümüş və 16 bürünc medal var. Üçüncü yeri isə 10 qızıl, 12 gümüş və 15 bürünc medal ilə İran tutur.
Modern.az qazandığı medalların sayına görə, ölkələrin reytinq cədvəlini təqdim edir:
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Türkiyə | 43 | 40 | 32 | 115 |
2 | Azərbaycan | 41 | 24 | 16 | 81 |
3 | İran | 10 | 12 | 15 | 37 |
4 | Özbəkistan | 7 | 9 | 18 | 34 |
5 | İndoneziya | 6 | 18 | 18 | 42 |
6 | Əlcəzair | 4 | 9 | 12 | 25 |
7 | Misir | 4 | 3 | 5 | 12 |
8 | İordaniya | 3 | 0 | 2 | 5 |
9 | İraq | 2 | 1 | 1 | 4 |
10 | Səudiyyə Ərəbistanı | 2 | 0 | 4 | 6 |
11 | Türkmənistan | 1 | 3 | 2 | 6 |
12 | Mərakeş | 1 | 2 | 4 | 7 |
13 | Qətər | 1 | 1 | 4 | 6 |
14 | Banqladeş | 1 | 1 | 0 | 2 |
15 | Tunis | 1 | 0 | 6 | 7 |
16 | Qırğızıstan | 1 | 0 | 3 | 4 |
17 | Seneqal | 1 | 0 | 1 | 2 |
18 | Qambiya | 1 | 0 | 0 | 1 |
19 | Pakistan | 0 | 2 | 3 | 5 |
20-21 | Oman | 0 | 1 | 3 | 4 |
| Suriya Ərəb Respublikası | 0 | 1 | 3 | 4 |
22 | Birləşmiş Ərəb Əmirliyi | 0 | 1 | 2 | 3 |
23 | Kamerun | 0 | 1 | 1 | 2 |
24 | Bəhreyn | 0 | 1 | 0 | 1 |
25 | Qazaxıstan | 0 | 0 | 2 | 2 |
26-28 | Fil Dişi Sahili | 0 | 0 | 1 | 1 |
| Cibuti | 0 | 0 | 1 | 1 |
| Livan | 0 | 0 | 1 | 1 |
| Cəmi | 130 | 130 | 160 | 420 |
Modern.az