Modern.az

Rusiyada 14 mindən çox "Audi" geri çağırıldı

Rusiyada 14 mindən çox "Audi" geri çağırıldı

Aktual

16 May 2017, 23:58

"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 14 mindən çox "Audi" markalı avtomobili geri çağırıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım