Modern.az

Renat Dadaşov “Ayntraxt”ın əsas heyətinə düşə bilər

Renat Dadaşov “Ayntraxt”ın əsas heyətinə düşə bilər

Aktual

17 May 2017, 13:36

Azərbaycan futbol komandasının gənc forvardı Renat Dadaşov hazırda fəaliyyətini Almaniyada davam etdirir.

 

Modern.az xəbər verir ki, Ayntraxt klubunun U-19 komandasında çıxış edən millimizin hücumçusu Renat Dadaşov, əsas komandada oynaya bilər. Belə ki, ötən turda klubun əsas hücumçusu Aleksander Meyer zədə alıb.

 

Belə məqamda Frankfurt klubunun baş məşqçisi Niko Kovaç onun əvəzinə gənc futbolçulara şans verməyi qərara alıb. Onların arasında Renat Dadaşovun da adı var.

 

Oyun bundesliqanın sonuncu turu hesab olunur. Görüş mayın 20 -də cari mövsümün sensasional klubu olan Leyptsiqlə baş tutacaq.

 

 

Məcid Əmirov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım