Modern.az

Azərbaycan bu gün 100-cü medalını qazana bilər

Azərbaycan bu gün 100-cü medalını qazana bilər

Aktual

18 May 2017, 09:30

Mayın 18-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir neçə idman növü üzrə idmançılar qüvvəsini sınayacaq.


Modern.az xəbər verir ki, atletikada kişilər 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış və çəkic atma, qadın idmançılar isə 200, 400, 5000 m məsafəyə qaçış, 100 m sədlərlə qaçış, nizə atma, uzunluğa tullanma və hündürlüyə tullanma yarışlarında qüvvələrini sınayacaqlar.

Bu gün basketbol 3X3 yarışlarına da start veriləcək. Qadınlardan ibarət millimiz Türkmənistan, Əlcəzair, kişi idmançılardan ibarət yığmamız isə Türkiyə və Türkmənistanla qarşılaşacaq.

Mayın 18-də boks yarışlarına yekun vurulacaq. Eyni zamanda suya tullanma yarışlarına da start veriləcək.

Futbol turnirində millimiz yarımfinalda Əlcəzairlə qarşılaşacaq.


Stolüstü tennisdə yarımfinala yüksələn idmançılar məlum olacaq.


Bundan başqa, taekvando yarışlarında Azərbaycanı qadınlardan Darya Şkurko (62 kq), kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) təmsil edəcək.


Bu gün tennis oyunları davam edəcək. Voleybol turnirində qadınlardan ibarət komandalar arasında ən güclülər müəyyənləşəcək.


Yunan-Roma güləşçilərinin mübarizəsində də idmanşılarımızı görə biləcəyik. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) tatami üzərinə çıxacaqlar.


Qeyd edək ki, bu gün Azərbaycan milli komandası İslam Otynlarında 100-cü medalını qazana bilərlə. Belə ki, mayın 18-dək olan nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür. Sıraıamada 2-ci olan Azərbaycanı 137 medalla Türkiyə qabaqlayır. İran millisi 3-cüdür – 54 medal.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

54

45

38

137

2

Azərbaycan

50

29

20

99

3

İran

14

17

23

54

4

Özbəkistan

8

12

23

43

5

İndoneziya

6

23

20

49

6

Əlcəzair

6

11

13

30

7

Misir

6

3

6

15

8

Bəhreyn

4

1

3

8

9

İordaniya

3

1

4

8

10

Səudiyyə Ərəbistanı

3

0

6

9

11

Mərakeş

2

2

5

9

12

Qırğızıstan

2

2

4

8

13

İraq

2

2

3

7

14

Türkmənistan

1

3

3

7

15

Kamerun

1

2

2

5

16

Qətər

1

1

4

6

17

Banqladeş

1

1

0

2

18

Tunis

1

0

8

9

19

Seneqal

1

0

1

2

20

Qambiya

1

0

0

1

21-22

Oman

0

2

3

5

 

Pakistan

0

2

3

5

23

Suriya

0

1

4

5

24-25

Qazaxıstan

0

1

2

3

 

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

26-28

Qayana

0

1

0

1

 

Nigeriya

0

1

0

1

 

Uqanda

0

1

0

1

29

Fil Dişi Sahili

0

0

2

2

30-33

Benin

0

0

1

1

 

Cibuti

0

0

1

1

 

Livan

0

0

1

1

 

Surinam

0

0

1

1

 

Cəmi

167

165

206

538

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım