Modern.az

Prezident beş rayonun icra başçısını işdən çıxardı

Prezident beş rayonun icra başçısını işdən çıxardı

26 Aprel 2011, 22:42

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə rayonun İcra Hakimiyyətinin başçısını tutduqları vəzifədən azad edib. Prezident eyni zamanda həmin rayonlara yeni icra başçılarının təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Ölkə başçısının sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Adil Məcnun oğlu Məmmədov Qobustan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Eyni zamanda Adil Məcnun oğlu Məmmədov Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Mahir Hacı oğlu Quliyev isə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezident Mahir Hacı oğlu Quliyev Astara rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Ölkə başçısı Astara rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə Taleh Azay oğlu Qaraşovu təyin edib

Prezident Taleh Azay oğlu Qaraşovu Neftçala rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
 
Ölkə başçısının sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ramiz Şamil oğlu Həsənov isə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?