Modern.az

İctimai Palata katibi: “Hüquqi əsası olan, olmayan bütün sənədləri götürdülər”

İctimai Palata katibi: “Hüquqi əsası olan, olmayan bütün sənədləri götürdülər”

27 Aprel 2011, 11:53

“Polis üzərində İctimai Palata yazılan bütün sənədləri aparıb”. Bu barədə Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı polis tərəfindən dünən partiyada aparılan axtarışın nəticələri ilə  bağlı Modern.az - a açıqlamasında bildirib. O, qeyd edib ki, Müsavat partiyasında axtarış zamanı polis İctimai Palataya aid bütün sənədlərə əl qoyub.

“Polislər üzərində bir cümlə də belə olsa İctimai Palata yazılan bütün sənədləri axtardılar. Nəticə də onlar özlərinə lazım olan sənədləri  aparıblar. Axtarış 2 aprel mitinqi ilə başlı yaradılmış istintaq qrupunun Səbail rayon məhkəməsinə verilən şikayəti əsasında aparılırdı. Aparılan axtarış zamanı götürülən sənədlərin üzərində İctimai Palata yazılan, içərisində hüquqi əsası olan, olmayan bütün sənədləri götürdülər”-deyə G.Aslanlı qeyd edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?