Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Donetsk və Luqansk Xalq Respublikalarının Ukraynanın ərazisində yerləşdiyini bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla belə, Patruşev bu bölgədəki rusdilli əhalinin soyqırımına məruz qalmamalı olduğunu deyib.
O həmçinin, Luqansk və Donetsk vilayətlərinin Kiyevin tərkibinə qayıtması üçün onların muxtariyyətinin saxlanılmalı olduğunu deyib.
Vüqar İSMAYILOV