Modern.az

Azərbaycanda cəza çəkən Marat Ueldanov Rusiyaya təhvil verilə bilər

Azərbaycanda cəza çəkən Marat Ueldanov Rusiyaya təhvil verilə bilər

Aktual

18 May 2017, 18:19

Azərbaycanda mühakimə olunmuş Rusiya vətəndaşı Marat Ueldanov ətrafındakı vəziyyət onun cəzasının davamını çəkməsi üçün Rusiyaya təhvil verilməsinin mümkünlüyünü də düşünməyə əsas verir.

 

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

Onun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi həm M.Ueldanovla və onun vəkili ilə, həm də Azərbaycan hökuməti ilə daim ünsiyyətdədir və onun hüquqlarının müdafiəsi üçün bütün səyləri həyata keçirir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım