Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.
Modern.az-ın məlumatına görə, qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub.
Güləşçimiz rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşində ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Modern.az