Modern.az

Hansı ali təhsil müəssisəsi müəllimlərə daha çox maaş verir?

Hansı ali təhsil müəssisəsi müəllimlərə daha çox maaş verir?

12 Noyabr 2009, 15:20

Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycandakı 37 dövlət ali təhsil müəssisəsində 12450, 16 özəl ali məktəbdə isə 1960 müəllim işləyir. Maraqlıdır hazırda ali məktəblərdə maaşlar hansı səviyyədədir? Təhsil nazirinin müavini Elmar Qasimov Azərbaycanda hansı dövlət ali təhsil müəssisəsinin öz işçilərinə daha cox məvacib verməsi ilə bağlı Modern.az-ın suallarına cavab verib.

O, bildirib ki, maaşdan başqa, müəllimlərun büdcədənkənar mükafatlat hesabına əlavə qazancı da olur. Lakin E.Qasımov ali məktəb müəllimlərinin maaşının məbləği barədə dəqiq rəqəm söyləyə bilməyib: "Bu barədə tam məlumatım yoxdur. Amma Bakı Dövlət Universiteti yaxşı mənada dıgər ali təhsil müəssisələrindən fərqlənir. Bu da təbiidir. Çünki BDU Azərbaycanın ən böyük ali təhsil müəssisəsidir”.

Konkret maaşlara gəlincə, nazir müavini bildirib ki, dövlətin nəzərdə tutduğu məvacıb mütləq verilməlidir və hər bir ali təhsil müəssisəsi üçün eyni məbləğ nəzərdə tutulub: “Amma büdcədənkənar mükafatlar hesabına müəllimlərin əlavə qazancı da olur. Bir daha qeyd edirəm ki, dövlət tərəfindən eyni maaş müəyyənləşdirilib. Sadəcə, büdcədənkənar vəsaitlər hesabına verilən pul mükafatları fərqlənir. Hansı universitetin nə qədər yardım verməsi barədə isə bir söz deyə bilmərəm”.

Qeyd edək ki, Dövlət İqtisad Universitetinin  rekroru Şəmsəddin Hacıyev saytımıza bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri içərisində müəllimlərə ən çox maaş verən təhsil ocağı elə İqtisad Universitetidir. Modern.az

ali məktəb müəllimlərinin özlərindən maaşlarının məbləğini soruşub. Adının çəkilməsini istəməyən ali məktəb müəllimi saytımıza bildirb ki,

hazırda ail təhsil müəssiəssində çalışan professor 520 manat, dosent 435 manat, elmlər doktoru olan kafedra müdiri 690 manat, elmlər doktoru olan dekan 760 manat aylıq əməkhaqqı alır. Adi müəllimlərin isə əməkhaqları xeyli aşağıdır.

Hazırda ölkədə olan 1824 elmlər doktorundan 842-si ali məktəblərdə dərs deyirlər. 8764 elmlər namizədindən isə 4037-si Təhsil Nazirliyi sistemində çalışır.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir