Modern.az

Boksçularımız yarışları 7 medalla başa vurdu

Boksçularımız yarışları 7 medalla başa vurdu

Aktual

18 May 2017, 20:57

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub. Modern.az xəbər verir ki, bu gün 6 boksçumuz final görüşündə mübarizə aparıb. Üç boksçumuz - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov mübarizədən qalib ayrılaraq qızıl medal qazanıb. Digər boksçularımız Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.

Boksçumuz Tayfur Əliyev isə  bürünc medal qazanıb. Bununla da boksçularımız yarışları 7 medalla başa vurub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım