Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Modern.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən final qarşılaşmasında komandamızın rəqibi Türkiyə valeybolçuları olub. Türkiyə valeybolçularını 3:1 hesabı ilə məğlub edən Faiq Qarayevin yetirmələri İslamiadanı qızıl medalla başa vurub.
Modern.az