“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları daha 17 medal qazanıb. Modern.az xəbər verir ki, medallardan 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc əyarlı olub. Bu nəticədən sonar Azərbaycanın aktivindəki medalların sayı 116-ya yüksəlib. Medallardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür.
Siyahıya 155 medalla Türkiyə başçılıq edir. Bu ölkənin 60 qızıl, 52 gümüş və 43 bürünc medalı var. Azərbaycan isə həm medal sayı, həm də medal əyarında ikincidir.
Modern.az