Modern.az

Milli Ordunun giziri narkoman imiş

Milli Ordunun giziri narkoman imiş

27 Aprel 2011, 12:40

Aprelin 27-də saat 02.10 radələrində, Yardımlı rayonunun Sırıq kəndi ərazisində  Şəki Şəhər-Rayon Polis Şöbəsi Sarıcalı Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi "VAZ-21074" markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, avtomaşında sərnişin qismində gedən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu Vəlupurdan 710 qram heroin götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?