Modern.az

Bakıda Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı müzakirə olunacaq

Bakıda Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı müzakirə olunacaq

27 Aprel 2011, 12:44

29 aprel saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin (İsrail) professoru Brenda Şafer və Corc Vaşington Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər. 

SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin iştirak edəcəyi tədbirdə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir İngilis dilində keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?