Modern.az

Bakıda polisin maşınını əzdilər - yaralı var

Bakıda polisin maşınını əzdilər - yaralı var

Aktual

19 May 2017, 10:20

Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Tofaş" markalı avtomobildə "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran "Mercedes"ə çırpılıb.

Hadisə nəticəsində "Tofaş"ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

"Mercedes"in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım