Modern.az

DİN: “ADNA faciəsi ilə bağlı gənclərin icazəsiz aksiyasına imkan verilməyəcək”

DİN: “ADNA faciəsi ilə bağlı gənclərin icazəsiz aksiyasına imkan verilməyəcək”

27 Aprel 2011, 13:15

“Facebook” sosial şəbəkəsində bir qrup gənc yaydıqları müraciətdə iki il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar həmyaşıdlarını “Azərbaycan Gənclərinin Həmrəylik Günü Kimi Tanıyaq!” adlı aksiyaya  çağırıblar.
Aksiyanın yeri ADNA-nın qarışısı göstərilib. Modern.az olaraq həmin gün polis orqanları tərəfindən hansı tədbirlərin görüləcəyini öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə bildirdi ki, əgər aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış şəkildə keçirilirsə, təbii ki, onun qarşısı polis əməkdaşları tərəfindən alıncaq.

“İki il əvvəl Azərbaycan Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar aprelin 29-da Akademiyanın binasında müəllim, professor, tələbə heyətinin iştirakı ilə anım mərasimi keçiriləcək. Həmin hadisəyə ehtiram əlaməti olaraq, faciə qurbanlarını anmaq istəyən hər bir vətəndaş mərasimdə iştirak edə bilər.

Lakin ictimasi asayişi, sabitliyi pozmaq üçün bu faciədən siyasi məqsədlər üçün istifadə edərək ADNA qarşısında və ya ona yaxın ərazilərdə aksiya keçirmək istəyirlərsə və bu Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış şəkildə keşirilirsə, təbii ki bunun qarşısı polis əməkdaşları tərəfindən alınacaq” deyə O.Mansurzadə əlavə edib.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?